Planyx

Oracle Primavera P6 – Təlimi

Bu təlimdə P6 mühitinin qurulması, EPS/WBS strukturu, resurs bazası, ardıcıllıqlar və təqvim planlama, büdcə və nəzarət, S-Curve/Histogram, Baseline, faktiki məlumatların daxil edilməsi və Earned Value metodologiyası praktiki nümunələrlə öyrədilir.

Primavera P6

Oracle Primavera P6 böyük həcmli mühəndislik və tikinti layihələrində planlama, resurs və xərc nəzarətini mərkəzləşdirən güclü alətdir. Təlim boyu real-case üzərindən qrafik tərtibatı, resursların yüklənməsi, risklərin azaldılması və nəticələrin hesabatlandırılması addım-addım praktiki tətbiqlərlə göstəriləcək.

Təlim sonunda iştirakçılar planlama məntiqini P6 üzərində düzgün quraraq kritik yol analizi, səmərəlilik göstəriciləri və proqnozları hesablaya biləcəklər.

Təlim mövzuları

  • Planlama nədir
  • EPS (Enterprise Project Structure)
  • Layihənin yaradılması
  • Layihənin qəbul olunmuş seçimləri
  • İşlərin dekompozisiyasi (WBS)
  • Ana işlərin təyin edilməsi
  • Milestone-ların daxil edilməsi
  • İşlərin əlavə edilməsi
  • Ardıcıllıqların qurulması və növləri
  • Resurslar bazasının yaradılması
  • Ölçü vahidləri və valyutalar
  • Effective Date, Max Unit/Time
  • Resursların işlərə daxil edilməsi
  • Məhsuldarlıq normativləri
  • Büdcənin hesablanması
  • Təqvim planının hazırlanması
  • Adam/saatların dağılımı (S-Curve, Histogram)
  • Qruplaşdırmalar və filtrlər
  • Maketlər (Level I, II, 6-month lookahead), import/eksport
  • Məhdudiyyətlər (Constraint)
  • Layihə və iş kodları
  • Kritik xətt: Total/Free Float
  • Excel ↔ P6 import/eksport
  • Baseline yaradılması
  • Baseline layihəyə əlavə edilməsi
  • Faktiki işlərin daxil edilməsi
  • Planlanan–faktiki müqayisəsi
  • Məhsuldarlıq analizləri
  • Proqnozların verilməsi
  • EVM: metodlar və indekslər (SV, CV, SPI, CPI, EV, PV)
  • Cash Flow və büdcə nəzarəti
  • İş sənədləri (WPs & Docs)
  • Global Change əmrləri
  • User Defined Field (UDF)
  • SDK (Software Development Kit) nədir

Təlimə qeydiyyat