Biz kimik?
Planyx MMC şirkəti layihələrin idarə olunmasi və planlanması, tikintidə keyfiyyətə nəzarət, mühasibatlıq, SƏTTƏM, xərclərin idarə edilməsi və s. kimi mühəndislik üzrə fərdlərə və bu sahə üzrə fəaliyyət göstərən şirkətlərə xidmətlər göstərir. Əsas prinsipimiz şirkətləri layihələrdə üzləşdiyi çətinlikləri aradan qaldıraraq uğurlu nəticəyə çatdırmaqdır. Biz komanda olaraq inanırıq ki, şirkətlər layihə kontrolunu bizə həvalə edə bilərlər.
Bundan başqa şirkətimiz Layihə idarə etmə və kontrol sisteminin qurulmasında EPPM Web Server -in qurulması, təlimi və istifadəsini də təmin edir ki, bu sistem vasitəsilə layihə menecerləri və şirkət idarəçiləri bütün kontrolu internet üzərindən izləmə imkanı əldə edirlər. Məqsədimiz layihə kontrolunu daha da asanlaşdırmaq və yaranan çətinlikləri daha sürətli şəkildə həll yollarını təşkil etməkdir.
Planyx olaraq şəffaflıq, peşəkarlıq və nəticəyə fokus dəyərləri ilə uzunmüddətli tərəfdaşlıq yaratmağa çalışırıq. Hər layihəyə ölçülə bilən göstəricilər və davamlı inkişaf baxışı ilə yanaşırıq.
Komandamız və Rəhbərimiz
Fuad Şabəddinov
İdarə Heyətinin Sədri
Layihə idarəetməsi və planlama üzrə 17+ illik təcrübəyə malikdir. EPPM/Primavera P6 tətbiqləri, layihə nəzarəti və hesabatlılıq sistemlərinin qurulmasına rəhbərlik etmişdir. İnfrastruktur və sənaye layihələrində beynəlxalq səviyyəli idarəetmə proseslərinə liderlik edir.